Hadisə

Bakıda məktəbdə başlayan mübahisə xəstəxanada bitdi

16 Fevral 2026 14:37
Baxış: 671
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Qobu qəsəbə 1 nömrəli tam orta məktəbdə IX sinifdə təhsil alan iki şagird arasında baş vermiş mübahisə zamanı biri digərinə xəsarət yetirib.

Milli.Az xəbər verir ki, məktəbdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, xəsarət alan şagirdə təhsil müəssisəsində ilkin yardım göstərilib, daha sonra xəstəxanaya yönləndirilib. Şagird həkim müayinəsindən sonra ambulator müalicə üçün evə göndərilib.

"Hadisə məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb, müvafiq qurumlara məlumat verilib. Hazırda məsələ ilə bağlı araşdırma aparılır", - məlumatda vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.