Hadisə

AMEA Ramiz Mehdiyev haqqında: "Üzvlükdə qala bilməz"

13 Fevral 2026 17:30
Baxış: 509
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlüyündən xaric ediləcək.

Milli.Az xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.

Bildirilib ki, AMEA rəhbərliyi Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən çıxarılması haqqında bir neçə dəfə qəti mövqeyini ifadə edib: "Bir daha bildiririk ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlətə xəyanətdə, hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunan Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının üzvlüyündə qala bilməz.

Milli Elmlər Akademiyası Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyü məsələsinə baxıb, onu üzvlükdən xaric edəcək. Bu barədə ictimaiyyətə məlumat veriləcəkdir.

Milli Elmlər Akademiyasının kollektivi baş vermiş cinayət hadisələrini qətiyyətlə pisləyir və bağışlanmaz olduğunu bildirir".

Xatırladaq ki, R.Mehdiyev 2019-2022-ci illərdə AMEA-ya rəhbərlik edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.