11 fevral tarixində saat 19:07-də Azərbaycan Dəmir Yolları (ADY) QSC-yə məxsus qatar Abşeron dairəvi marşrutunun Pirşağı-Sumqayıt hissəsində hərəkətdə olarkən yola qəfil insan çıxıb.
Milli.Az xəbər verir ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Əməkdaşlar tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb.
Hadisə ilə əlaqədar qatarın hərəkətində yubanma qeydə alınıb.
ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.
Milli.Az





