Hadisə

İmişlidə iki avtomobil toqquşdu – Xəsarət alanlar var

11 Fevral 2026 16:43
Baxış: 386
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İmişli rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə avtomobil yolunun rayonun Qaralar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İmişli şəhər sakini 1986-cı il təvəllüdlü Cavad Bəxtiyar oğlu Cavadzadənin idarə etdiyi "Hyundai" markalı avtomobillə İmişli rayonunun Xəlfəli kənd sakini 1991-ci il təvəllüdlü Baba Əli oğlu Ağayevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alanlar - İmişli rayonunun Xəlfəli kənd sakinləri 1996-cı il təvəllüdlü T.Ağayeva, 2014-cü il təvəllüdlü Z.Ağayeva, 2019-cu il təvəllüdlü M.Ağayeva İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.