Hadisə

Vardanyan Füzulinin şeirini OXUDU

11 Fevral 2026 16:04
Baxış: 729
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-u davam etdirilib. O, son söz çıxışında saxlanıldığı iki ildən artıq müddətdə özü üçün Azərbaycan poeziyasını kəşf etdiyini deyib, dahi şairimiz Məhəmməd Füzulinin şeirini oxuyub.

Milli.Az "Unikal"a istinadən xəbər verir ki, sözügedən şeir Məhəmməd Füzulinin "Padişahi-mülk" qitəsidir.

Qitəni rus dilinə Vladimir Luqovski tərcümə edib. Vardanyan da bunu rus dilində səsləndirib.

Xəbəri rus dilində oxuyun: Варданян процитировал Физули в своем последним слове

Qeyd edək ki, Ruben Vardanyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.