Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 92 m² olan 2 otaqlı mənzilin mətbəxində ev əşyaları yanıb.
Milli.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzildən 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./Trend
Milli.Az





