Hadisə

Şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR

7 Fevral 2026 12:30
Baxış: 890
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda "İdrak" liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən riyaziyyat müəlliməsinin son vəziyyəti məlum olub.

Milli.Az xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən bildirilib ki, 1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.

"Onun vəziyyəti stabil qiymətləndirilir", - deyə açıqlamada bildirilib.

Xatırladaq ki, ötən gün Bakıda yerləşən "İdrak" liseyində silahlı insident baş verib. 10-cu sinif şagirdi Ə.Ş. liseyin müəlliməsi - 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.