Hadisə

General-leytenant təqaüdə göndərildi - FOTO

7 Fevral 2026 10:21
Baxış: 519
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət Sərhəd Xidməti (DSX) Mərkəzi Aparatının sabiq rəhbəri general-leytenant Babək Qurbanov təqaüdə göndərilib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 43 yaşlı general öz istəyi ilə xidmətdən ayrılıb.

B.Qurbanov İkinci Qarabağ müharibəsində şücaət göstərən zabitlərdəndir. Müharibədən sonra o, bir sıra orden və medallarla təltif edilib, həmçinin "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülüb. Onun əkiz qardaşı Bayram Qurbanov da hərbçidir. Polkovnik B.Qurbanov Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə davam edir.

Xatırladaq ki, general-leytenant bu yaxınlarda DSX Mərkəzi Aparatının rəhbəri vəzifəsindən çıxarılıb. Dünən məlumat verdiyimiz kimi artıq həmin vəzifəyə general-mayor Faiq Məmmədov təyin edilib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.