Hadisə

Məhkəmədən "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbərinə QƏRAR

5 Fevral 2026 17:30
Baxış: 541
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində şikayətə baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, "Qurtuluş" Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.

Faktla bağlı "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov, mərkəzin əməkdaşları - Natiq Əliyev və Elşad Məhərrəmov saxlanılıb. Məhkəmənin qərarı ilə onların hər biri barəsində 2 ay 10 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 133-cü (əzab vermə), 144-cü (adam oğurluğu), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri üzrə ittiham edilir.

Milli.Az 
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.