Mingəçevirdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
Milli.Az xəbər verir ki, hadisə bağlar yaşayış massivində baş verib. Yaşadıqları evin mətbəxində zəhərlənən bir ailənin üzvləri - 2010-cu il təvəllüdlü Yusifli Dilbazi Rəşad qızı, 2014-cü il təvəllüdlü Yusifli Nəzrin Rəşad qızı, 2015-ci il təvəllüdlü Yusifli Emin Rəşad oğlu və 1988-ci il təvəllüdlü Yusifova Nübar Aslan qızı təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./Unikal.az
Milli.Az





