Hadisə

İtkin düşən gənc tələbə tapıldı

4 Fevral 2026 11:06
Baxış: 620
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda itkin düşən 19 yaşlı tələbə Vasif Abidinov tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk edərək naməlum istiqamətə gedən 19 yaşlı Vasif Elnur oğlu Abidinovun yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və o, polis şöbəsinə gətirilib.

"Araşdırmalarla onun itkin düşməsində hər hansı kriminal tərkib aşkar edilməyib. Məlum olub ki, bu hal şəxsi niyyətindən irəli gələn addım olub.

Hazırda onunla profilaktik söhbət aparılır, bu cür davranışın ailə üzvləri və yaxınları arasında narahatlıq yaratdığı onun diqqətinə çatdırılıb", - məlumatda vurğulanıb.

Qeyd edək ki, V.Abidinov Azərbaycan Dövlət Aqrar Universitetinin 2-ci kurs tələbəsidir. O, tətilini Bakıda keçirmək üçün yaxınıgilə qonaq gəlibmiş.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.