Kəngərlidə baş verən qəzada 4 nəfər xəsarət alıb.
Milli.Az xəbər verir ki, hadisə rayonun Böyükdüz kəndi ərazisində baş verib.
Belə ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar - 1961-ci təvəllüdlü Zabitə Qasımova, 1998-ci il təvəllüdlü Nurşən Qasımova, 2020-ci il təvəllüdlü Banu Qasımova və 2023-cü il təvəllüdlü Azər Qasımov xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinı yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Milli.Az





