Hadisə

Goranboyda maşınlar toqquşdu - Xəsarət alanlar var

29 Yanvar 2026 19:13
Baxış: 267
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Faxralı kəndində qeydə alınıb.

İlkin məlumata görə, "VAZ 21010" markalı maşınla "VAZ 2106" markalı avtomobil toqquşub. Hadisə zamanı 2002-ci il təvəllüdlü Faxralı kənd sakini Eltun Babayev və 1991-ci il təvəllüdlü Nərgiz İsmayılova müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Onların vəziyyəti kafidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.