Hadisə

İlham Haqverdiyevə yekun ittiham verildi

29 Yanvar 2026 12:59
Baxış: 285
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müdafiə Nazirliyinin istirahət evinin rəisi İlham Haqverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Mayor İ.Haqverdiyev həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə yekun ittiham verilib. Bu maddənin sanksiyasında 8 ildən 12 ilə kimi həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, Haqverdiyev Respublika Hərbi Prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İttihamda yazılıb ki, o, rüşvət qarşılığında bir neçə mülki şəxsi istirahət evinə işə düzəldib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.