Hadisə

Bakının məşhur restoranında ərəb turistin pulu oğurlanıb

24 Yanvar 2026 12:28
Baxış: 405
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Səbail rayonu ərazisində yerləşən "Passage 145" restoranında başqa müştərinin pulunu oğurlayan Ələzair vətəndaşı Boukhobza Abderrahmane məhkəmə qarşısına çıxarılıb.

1970-ci il təvəllüdlü təqsirləndirilən şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, B.Abderrahmane "Passage 145" adlı restoranda olarkən, həmin vaxt nahar etməyə gələn müştərinin gödəkçəsinin iç cibində olan pul kisəsini oğurlayıb. Nəticədə o, zərərçəkmiş şəxsin 2500 manatını talayıb.

Oğurluq hadisəsisinin üstü zərərçəkmişin özünə məxsus pul qabını axtarmasından sonra açılıb. Restoranın müşahidə kameralarına baxdıqdan sonra Abderrahmanenin cinayət əməli ifşa olunub. O, hadisə ilə bağlı DİN-in 102 zəng xidmətinə müraciət edib və nəticədə cinayətkar saxlanılıb.

Qeyd edək ki, zərərçəkmiş şəxs də Ərəb ölkələrindən Azərbaycana gələn turist olub.//Teleqraf

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.