Hadisə

Xaçmazda istehsalat sexində yıxılan şəxs xilas edilib - FOTO

17 Yanvar 2026 21:40
Baxış: 353
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Armudpadar kəndində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Məlumat daxil olan kimi FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Əməliyyat zamanı müəyyən edilib ki, 1989-cu il təvəllüdlü Ağabalayev Ramin Əlisahib oğlu istehsalat sexində qurğunun üzərindən təxminən 6 metr dərinliyindəki texniki əraziyə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə R. Ağabalayevi təhlükəsiz şəkildə yıxıldığı ərazidən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.