Cəlilabad rayonunda gənc qız dəm qazından boğularaq ölüb.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
Kənd sakini, 2003-cü il təvəllüdlü İsayeva Şükran Sakit qızı yaşadığı evinin hamamında dəm qazından boğulub.
Mərhumun meyiti müayinə edilməsi üçün rayon morquna təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Milli.Az





