Hadisə

Bir gecədə 17 ədəd telefonu belə oğurladılar - ANBAAN VİDEO

4 Yanvar 2026 17:30
Baxış: 961
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslər dekabrın 31-dən 1-nə keçən gecə mağazaların birinin qapısını sındıraraq içəri daxil olub və obyektdən 17 ədəd müxtəlif markalı mobil telefon, eləcə də elektron siqaretləri talayıblar.

Bu barədə zərərçəkmiş şəxs polisə məlumat verib.

Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən Ayxan Balakişiyev və Asif Bayramov müəyyən olunaraq saxlanılıblar.

Həmin şəxslər mağazaya daxil olmamışdan öncə kameralara düşməmək üçün obyekti elektrik enerjisi ilə təmin edən naqili kəsərək sıradan çıxarıblar.

Buna baxmayaraq onların əməli anbaan lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.