Hadisə

Tanrıverdi Tanrıverdiyev həbsdə öldü

23 Dekabr 2025 14:24
Baxış: 923
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tovuz Peşə Liseyinin korrupsiyada təqsirli bilinən sabiq direktoru Tanrıverdi Tanrıverdiyev həbsdə dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə məhkəmə bu səbəbdən yeni qərar qəbul edib.

Qərara əsasən, onunla bağlı son müraciətə xitam verilib. Ərizədə ölüm səbəbi uzunmüddətli xəstəlik göstərilib.

Qeyd edək ki, keçmiş direktor külli miqdarda mənimsəmə, rüşvətalma, ağır nəticələrə səbəb olan səhlənkarlıqda ittiham olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsi T. Tanrıverdiyevə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası versə də, prokurorun etirazı hökmü dəyişib.

Apellyasiya instansiyasının yeni qərarı ilə Tanrıverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun evi və torpaq sahələri də müsadirə olunub.

Cinayət işi üzrə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə dəymiş ziyan 200 min manata yaxın olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.