Hadisə

Sevgilisi arvadının iş yerinə gələrək onu təhqir etdi - 100 manat cərimə olundu

17 Dekabr 2025 16:26
Baxış: 484
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabirabad rayonunda qadınlar arasında xoşagəlməz hadisə baş verib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, rayonun kəndlərindən birində 44 yaşlı qadın sevgi münasibətində yaşadığı kişinin həyat yoldaşının iş yerinə hücum edib.

Belə ki, təhsil müəssisələrinin birində katibə-makinaçı işləyən S.Həsənova (şərti) 6-7 ildir qeyri-rəsmi münasibətdə yaşadığı şəxsin arvadı T.Məmmədovanın (şərti) iş yerinə gedib. O, qadının onun arxasınca xoşagəlməz sözlər dediyini bildirərək qarşı tərəfi təhqir edib.

İctimai yerdə xuliqanlıq hərəkətləri etmiş qadın barəsində polis əməkdaşları tərəfindən inzibati protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

T. Məmmədova məhkəmədən onun həbs olunmasını tələb edib.

S. Həsənova isə əvvəllər ailəli olduğunu, T. Məmmədovanın əri ilə bir neçə ildir dini kəbin əsasında münasibət saxladığını və qarşı tərəf onu əsəbiləşdirdiyi üçün iş yerinə hücum etdiyini bildirib. Əvvəlki nikahından 2 övladının olduğunu bildirən qadın həbs edilməməsini xahiş edib.

Məhkəmənin qərarı ilə S. Həsənova 100 manat cərimə edilərək sərbəst buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.