Hadisə

"Camaatın balasını niyə öldürürsünüz?" - Əməliyyatdan beş gün sonra ölən Məleykənin atası danışdı

17 Dekabr 2025 15:35
Baxış: 489
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kürdəmirdə dekabrın 11-də əməliyyat olunan 22 yaşlı Məleykə Nurməmmədovanın beş gün sonra xəstəxanada ölməsi ilə bağlı yeni detallar məlum olub.

Milli.Az xəbər verir ki, qadının yaxınları onun ölümündə həkimi ittiham edirlər.

Onların sözlərinə görə, Məleykə Nurməmmədova dekabrın 11-də həkimə müraciət edib, analizləri nəticəsində kistası olduğu aşkar edilib və əməliyyat olunub. Ancaq əməliyyatdan beş gün sonra qanazlığı səbəbindən qan köçürülməsi edildikdən sonra onun vəziyyəti pisləşib.

Mərhumun atası Müsəllim Məmmədov həkimlərə sərt cəza verilməsini tələb edib və o qeyd edib ki, bu, həmin xəstəxanada baş verən üçüncü belə ölüm faktıdır:

"Sabah dördüncü də olacaq. Kistadan heç kim ölmür, bunu bacarmırsınızsa, göndərin Bakıya, camaatın balasını niyə öldürürsünüz? Həkimlərə ağır cəza verilsin".

Mərhumun həyat yoldaşı Simran Nurməmmədov isə əməliyyatı həyata keçirən həkimdən təzminat tələb edir: "İki azyaşlı uşağım var, onlara necə baxacağam? Həkimdən təzminat istəyirəm".

Məsələ ilə bağlı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, dekabrın 11-də saat 15:15-də vəziyyətinin pisləşməsi səbəbi ilə xəstəxanaya müraciət edən qadına müvafiq tibbi müayinələrdən sonra yumurtalığın kistası diaqnozu təyin olunub və pasiyent üzərində sağ yumurtalığın pazvari rezeksiya əməliyyatı icra edilib. Əməliyyat fəsadsız keçib və əməliyyatdan sonrakı dövr stabil olub:

"Dekabrın 16-sı saat 16:00-da ani ürək dayanması baş verib və təcili reanimasiya tədbirlərinə başlanılıb. Lakin aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, dekabrın 16-sı saat 19:00-da pasiyentin bioloji ölüm faktı qeydə alınıb".(Baku tv)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.