Hadisə

Bakıda azyaşlının mədəsindən mismar çıxarıldı - FOTO

17 Dekabr 2025 14:36
Baxış: 537
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda azyaşlı pasiyentin mədəsindən yad cisim çıxarılıb.

Milli.Az xəbər verir ki, bu gün səhər saatlarında azyaşlı oğlanın valideyinləri övladının səhhətində yaranan narahatlıqla bağlı Xəzər Tibb Mərkəzinin poliklinika şöbəsinə müraciət edib. Aparılan müayinələr zamanı uşağın mədəsində yad cismin (mismar) olduğu müəyyən edilib.

Həkim-qastroenteroloq Gülnar Ağayeva tərəfindən həyata keçirilən endoskopik müdaxilə zamanı yad cisim mədədən təhlükəsiz şəkildə çıxarılıb. Prosedur uğurla başa çatıb, pasiyentin vəziyyəti stabildir.

Vaxtında tibbi müdaxilə mümkün fəsadların qarşısının alınmasında mühüm rol oynayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.