Hadisə

Həmin qəzada xəsarət alan 2 nəfər Bakıya xəstəxanalara təxliyə olunub

7 Dekabr 2025 19:50
Baxış: 512
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 6-da saat 19:00 radələrində Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Beyləqan Rayon Mərkəzi Xəstəxanasından xəbər verilib.

Qeyd edilib ki, onlara kəllə beyin travması və komatoz vəziyyət diaqnozu təyin olunub: "07.12.2025- ci il tarixində 1972-ci il təvəllüdlü şəxs ixtisaslı tibbi yardım göstərilməsi üçün Bakı şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə, 1968-ci il təvəllüdlü şəxs isə Bakı şəhəri, Yeni Klinikaya təxliyə olunub".

Qeyd edək ki, dekabrın 6-da Beyləqanda "Mercedes" markalı minik avtomobilin sürücüsü idarəetməni itirərib və avtomobil yol kənarında aşıb. Qəza zamanı Məmmədov Nizami Zahid oğlu dünyasını dəyişib. Məmmədov Hafiz Atamoğlan oğlu və Namazəliyev Rövşən Bəylər oğlu isə ağır xəsarət alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.