Hadisə

Bakıda 13 yaşlı qızın müəmmalı ölümü: Telefonunda gördükləri ailəni dəhşətə gətirdi - FOTO

2 Dekabr 2025 20:12
Baxış: 494
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın Binəqədi rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 13 yaşlı yeniyetmə qızın meyiti axşam saatlarında valideynləri tərəfindən mənzildə aşkarlanıb. Daha sonra mərhumun telefonunda gördükləri ailəyə daha bir şok yaşadıb.

"Gecə hamı yatandan sonra telefonda qorxulu videolara baxırmış. Mən bunu bilmirdim. Polis araşdırandan sonra məlum oldu. Cin, şeytan, qəbiristanlıq kimi dəhşətli görüntülərə baxdığı müəyyən edilib. Hətta dəftərinin birinə cinə bənzər qorxulu bir rəsm də çəkib", - mərhumun atası bildirib. (baku.tv)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.