Hadisə

Azərbaycanda qadın keçmiş ərini döydürdü - VİDEO

27 Oktyabr 2025 10:00
Baxış: 665
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sumqayıt sakini, 42 yaşlı Anatoli Serebyakov keçmiş həyat yoldaşı Aytən Mehbalıyevanın ona qarşı həm maddi, həm də fiziki zorakılıq göstərdiyini iddia edib.

Serebyakov bildirib ki, evli olduqları müddətdə Aytən Mehbalıyeva ailəyə məxsus əmlak və pulları gizli şəkildə öz qardaşının adına keçirib.

Boşanma prosesi başladıqdan sonra isə qadının bir neçə nəfərlə birlikdə onun yaşadığı mənzilə gələrək fiziki təzyiq göstərdiyini deyib.

Aytən Mehbalıyeva iddiaları təkzib edərək, döyülmə barədə səslənən fikirlərin həqiqətə uyğun olmadığını bildirib.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparıb, toplanmış materiallar məhkəməyə təqdim olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.