Hadisə

Sərnişin avtobusunu narkotik qəbul edərək sürürmüş

9 Oktyabr 2025 14:10
Baxış: 639
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sumqayıt Şəhər Polis İdarəsinin DYP Şöbəsi tərəfindən hərəkətin təhlükəsizliyinin təmini məqsədilə profilaktik tədbirlər davam etdirilir.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, növbəti tədbir nəticəsində şəhər ərazisində 123 saylı marşrut xətti üzrə hərəkət edən 50-AF-276 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu saxlanılıb.

Avtobusu idarə edən sürücü Şahin İbrahimovun narkotik maddə qəbul etdiyi barədə şübhə yarandığından o, yol polisləri tərəfindən saxlanılaraq tibbi müayinəyə aparılıb.

Müayinə zamanı Ş.İbrahimovun narkotik maddə qəbul etdiyi müəyyən olunub. Onun barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Şahin İbrahimov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 30 gün inzibati qaydada həbs olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.