Hadisə

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var

12 Avqust 2025 09:47
Baxış: 426
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi nəticəsində ölən sürücünün kimliyi məlum olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Kəlbəcərdə yük maşınının dərəyə aşması nəticəsində aldığı xəsarətdən ölən sürücü, 1967-ci il təvəllüdlü Söhrab Süleymanovdur.

Faktla bağlı araşdırma aparılır.

***

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Qılıncı kəndində qeydə alınıb.

Yük avtomobilinin dərəyə aşması nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində ölüb. Onun kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.