Hadisə

Biləsuvarda ağır qəza: 2 nəfər öldü, 3 nəfər yaralandı - FOTO

11 Avqust 2025 21:45
Baxış: 408
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ilə "VAZ 21015" markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.