Hadisə

Sərnişin avtobusu yanacaqdoldurma məntəqəsinə çırpıldı

8 Avqust 2025 11:45
Baxış: 577
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sumqayıtda sərnişin avtobusu yanacaqdoldurma məntəqəsinə çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranıb.

Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "İsuzu" markalı sərnişin avtobusu yol kənarındakı yanacaqdoldurma məntəqəsinə çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.