Hadisə

Beyləqanda yol qəzası: sürücü ağır xəsarət alıb - FOTO

25 İyul 2025 19:39
Baxış: 435
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Beyləqan rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Sürücü ağır xəsarət alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə saat 16 radələrində Dünyamalılar kənd avtomobil yolunda qeydə alınıb.

Belə ki, Anar Şükürovon idarə etdiyi "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanan minik avtomobilinə daha sonra isə daş hasara çırpılıb. Qəza zamanı ağır xəsarətlər alan A.Şükürov Beyləqan Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirilib ki, Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

"1993-cü il təvəllüdlü şəxsə sol alın, baş, alt çənə, boyun nahiyəsinin əzilmiş, cırılmış açıq zədəsi, alt çənə sümüyünün yerdəyişmiş sınığı diaqnozu təyin edilib.

Pasiyentin ixtisaslı tibbi müayinə olunması üçün Bakı şəhərində olan tibb müəssisələrindən birinə təxliyə olunması üçün hazırlıq işləri görülür".

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.