Hadisə

Novxanı çimərliyində növbəti bədbəxt hadisə

21 İyul 2025 20:52
Baxış: 806
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Novxanı çimərliyində daha bir bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, 14 yaşlı Azər Məcidov dənizdə çimərkən, qəfil qıcolma (epileptik tutma) keçirib. 

Yaxınlıqda olanlar dərhal köməyə gəlsələr də, yeniyetmənin durumu ağır olub. O təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb, lakin həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, dünən həmin çimərlikdə Xırdalan şəhər sakini olan məktəblilər-2009-cu il təvəllüdlü Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğlu batmışdı./"Qafqazinfo"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.