Hadisə

Əkin sahəsində meyiti tapıldı

13 İyul 2025 12:13
Baxış: 2 186
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazax rayonunda əkin sahəsində orta yaşlı kişi meyiti aşkarlanıb.

Milli.Az xəbər verir ki, hadisə rayonun Ağköynək kəndi ərazisində qeydə alınıb.

Ağstafa rayon sakini S.Qurbanovun meyiti əkin sahəsində tapılıb. İlkin ehtimala görə, orta yaşlı kişinin ölümünə səbəb ürək tutması olub.

Məlumata görə, S.Qurbanovun meyiti əkin sahəsində özünə məxsus traktordan tapılıb. O traktorla əkin işləri edirmiş. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.