Hadisə

55 yaşlı kişi faciəvi şəkildə öldü

10 İyul 2025 12:24
Baxış: 868
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hacıqabulda 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az-ın məlumatına görə, hadisə rayonun İkinci Udulu kəndində baş verib. Kənd sakini, 1970-ci il təvəllüdlü Yusif Əli oğlu Ağayev yaşadığı evin həyətyanı sahəsində yerləşən artezian quyusundan su götürmək istəyən zaman, nasosa qoşulmuş və gərginlik altında olan elektrik naqilinin izolyasiyasız hissəsinə toxunması nəticəsində cərəyan vurmasından hadisə yerində ölüb.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.