Hadisə

20 yaşlı gənc faciəvi şəkildə öldü - FOTO

8 İyul 2025 10:55
Baxış: 1 312
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lənkəranda ötən axşam ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, qəza gecə saatlarında Lənkəran-Lerik magistralında, rayonun Darquba kəndi ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran şəhər sakini 2005-ci il təvəllüdlü Ülvi Vəlizadənin idarə etdiyi "Azsamand" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarında dayanan yük avtomobilinə çırpılıb.

Qəzada ağır xəsarət alan sürücü rayon xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bütün reanimasion tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.