Hadisə

İstirahətə gedən keçmiş hərbçi evdə ölü tapıldı

7 İyul 2025 17:35
Baxış: 1 248
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qaxa istirahətə gedən Bakı sakini evdə ölü tapılıb.

Milli.Az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qaşqaçay kəndində baş verib.

Əslən Qax rayonu Qaşqaçay kəndindən olan Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Elçin Niyazi oğlu Məmmədovun meyiti Qax rayonu Qaşqaçay kəndində özünə məxsus evin sanitar qovşağında qohumları tərəfindən aşkar olunub.

İlkin araşdırma zamanı E. Məmmədovun ürək tutmasından dünyasını dəyişdiyi məlum olub. E. Məmmədov bu gün Qaşqaçay kənd qəbirsanlığında dəfn olunub.

Əldə olunan məlumata görə, E.Məmmədov bir neçə gün öncə istirahət məqsədilə rayondakı evinə gedibmiş. Hazırda təqaüddə olan keçmiş hərbçi polkovnik-leytinat E. Məmmədov SSRİ Silahlı Qüvvələrinin tərkibində Əfqanıstan müharibəsində iştirak edib və SSRİ-nin bir çox hərbi hissələrində qulluq edib. 1992-ci ildə ailəliklə Azərbaycana qayıdan E. Məmmədov hərbi xidmətini 1999-cu ilin sonlarına kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyində davam etdirib.

Faktla bağlı araşdırma aparılır.  /Apa

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.