Hadisə

Azərbaycanda Şadlıq evində baş verən yanğın söndürülüb - yenilənib

11 İyun 2025 21:33
Baxış: 1 108
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

21:33

Cəlilabad rayonunun Moranlı kəndində şadlıq evində baş verən yanğın söndürülüb.

Milli.Az-ın məlumatına görə, hadisənin başvermə səbəbi hələ məlum deyil.

Qeyd edək ki, hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və 2 texnikası cəlb olunub.

İlkin məlumata görə, yanğın nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

-------------
20:41

Cəlilabad rayonunun Moranlı kəndində şadlıq evində yanğın başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə yerinə Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və 2 texnikası cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri görülür.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.