Lənkəranda bir ailənin 5 üzvü qəzaya düşüb.
Milli.Az-ın məlumatına görə, hadisə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Lənkəran rayonunun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. VAZ-2107 markalı avtomobil hərəkətdə olan zaman qarşıdan gələn "Mercedes" markalı avtomobillə toqquşub.
Hadisə zamanı VAZ markalı avtomobildə olan, Lənkəran rayonunun Havzava kənd sakinləri - 1976-cı il təvəllüdlü Kəsirə Xudaverdiyeva, 1984-cü il təvəllüdlü Kərim Əliyev, 2010-cu il təvəllüdlü A.Xudaverdiyev, 2011-ci il təvəllüdlü K.Kərimli və 2012-ci il təvəllüdlü A.Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, hadisə nəticəsində xəsarət alanlar bir ailənin üzvləridirlər.
Faktla bağlı araşdırma aparılır./oxu.az
Milli.Az