Hadisə

Bakıda uşağın ayağındakı iynə 14 gün sonra tapıldı - FOTO

14 May 2025 00:13
Baxış: 314
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

11 yaş uşağın ayağında qırılıb qalan iynə 14 gün sonra aşkarlandı.

Milli.Az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ayağında davamlı ağrı və şişkinlik şikayətləri ilə xəstəxanaya gətirilən 11 yaşlı uşağın rentgen müayinəsi zamanı sağ ayağının pəncə nahiyəsində yad cisim aşkarlanıb. Məlum olub ki, bu, 14 gün əvvəl batmış iynə parçasıdır. 
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Binəqədi Tibb Mərkəzində müayinədən keçən 2014-cü il təvəllüdlü uşaq (qadın cinsli) cərrahi əməliyyata məruz qalıb və pəncə nahiyəsindəki yad cisim - iynə parçası təhlükəsiz şəkildə xaric edilib. 

Məlumat üçün bildirək ki, bu cür hallar kifayət qədər təhlükəli hesab edilir. İynə, iynə qalığı və ya digər yad cisimlər xüsusilə ayaqaltı bölgədə lokalizasiya olduqda, hərəkətlə daha da dərinləşə və ətraf toxumalarda ciddi fəsadlara yol aça bilər. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.