Hadisə

Üç dostun faciəvi sonu - FOTO

30 Aprel 2025 22:11
Baxış: 789
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2025-ci ilin, aprelin 28-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində "AzSamand" markalı avtomobil idarəetməni itirərək idman zalına çırpılıb. Nəticədə 2000-ci il təvəllüdlü Orxan Qurbanov hadisə yerində həlak olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, gənc Orxanın dostlarının sosial şəbəkədə paylaşdığı bir foto diqqət çəkib.

Belə ki, həmin fotoda yer alan üç dostun hər biri son iki il ərzində yol-nəqliyyat hadisələrinin qurbanı olublar.

Şəkildəki şəxslərdən Araz Kazımlı 2023-cü il oktyabrında, Əli Cəfərov isə 2024-cü ilin martında ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.