Hadisə

İstirahətə gedən aktrisanın dənizdən meyiti tapıldı - FOTO

8 Aprel 2025 10:35
Baxış: 2 265
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı aktrisa istirahətə getdiyi faciəvi şəkildə ölüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Taylandın tətil zonası olan Ko Samuidə dincələn aktrisa Kamilla Belyatskaya qayalıqlar üzərində yoqa edərkən dalğalar onu yıxıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə cümə günü Lad Ko adlı məşhur mənzərəli yerdə baş verib. Kameralarda onun yoqa matı üzərində oturduğu anda dalğa tərəfindən sürükləndiyi görünür. Hadisəni görən biri onu xilas etməyə çalışsa da, axın çox güclü olub. Xilasedicilər 15 dəqiqə sonra gəlib, lakin 3 metrlik dalğalar işlərini çətinləşdirib. Rəsmilər bildiriblər ki, orada üzmək olmaz, amma dalğa qəfil gəlib. Belyatskayanın cəsədi bir kilometr uzaqda tapılıb.

Hadisədən sonra qayalıq bölgəyə giriş qadağan edilib. Musson mövsümündə Taylandda hava tez dəyişir və dəniz təhlükəli olur. Rəsmilər insanları xəbərdarlıq işarələrinə diqqət etməyə çağırır.

Qeyd edək ki, aktrisanın 24 yaşı var idi.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.