Hadisə

Ruslan Surxayevin qatili öldürüldü - Şübhəli mərhumun qardaşıdır

24 Mart 2025 23:25
Baxış: 3 484
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şamaxı rayonunda 34 yaşlı Orxan Hacıyev güllələnərək öldürülüb. 

Hadisə bu gün saat 21 radələrində qeydə alınıb.

27 yaşlı Amil Surxayev şəxsi münasibətlər zəminində O.Hacıyevə ov tüfəngi ilə xəsarət yetirib. 

A.Surxayev polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi tüfəng götürülüb.

O.Hacıyev isə xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı araşdırma aparılır.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, öldürülən O.Hacıyev 2020-ci ildə tanınmış idmançı Ruslan Surxayevi qətlə yetirən şəxs imiş. Orxanı güllələməkdə şübhəli bilinən isə mərhum idmançının qardaşı Amil Surxayevdir.

Onu da əlavə edək ki, Orxan Hacıyev MMA üzrə məşqçidir.

Xatırladaq ki, Ruslan Surxayev Şamaxıda "Yeddi Gümbəz" qəbiristanlığında mətbəx bıçağı ilə qətlə yetirilmişdi. Ölən şəxsin atasının qarşı tərəfdən şikayətçi olmadığı bildirilib.

Məlumat üçün bildirək ki, 2021-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Hacıyev barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi 122-ci (güclü ruhi həyəcan vəziyyətində adam öldürməyə görə) maddəsinə tövsif edilib və o, 2 il müddətinə azadlıqdan məhrum edilib.

Bu hökmdən prokurorluq apelyasiya protesti və O.Hacıyev apelyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi işə baxaraq O. Hacıyevin əməlini 123.1-ci maddəyə (zəruri müdafiə həddini aşmaqla adam öldürmə) tövsif edərək onun 2 il cəza müddətini 1 il 6 aya salıb. İstintaq və məhkəmə dövründə O. Hacıyev bu cəzası çəkdiyindən məhkəmə zalından azadlığa buraxılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.