Hadisə

Bakıda bu ərazidə evlər çökdü, üç ailə mənzilsiz qaldı - FOTO

22 Mart 2025 23:36
Baxış: 2 624
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
#EV

Xətai rayonu, Əhmədli qəsəbəsinin sakini Məcnun Məmmədovun 18 il yaşadığı ev 2024-cü ilin oktyabr ayında çöküb. Ərazidəki 3 ev yararsız vəziyyətdədir. Nəticədə, 3 ailə evsiz qalıb.

Çökmənin miqyasının genişlənməsinə baxmayaraq, ərazidə heç bir tədbir görülməyib.

Sakinlər problemlə bağlı şikayətlərini Baku TV ilə bölüşüblər.

"Qurumlar gəlib heç olmasa, bu məsələ ilə məşğul olsunlar. Yol gələndə, maşınla keçəndə qorxuruq, artıq burada yaşaya bilmirik", - şikayətçi Gültəkin Ağayeva söyləyib.

Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə yaşayış evinin altında qalan daşıyıcı tullantı su kollektoru, 1 700 millimetr diametrlik boru və digər infrastrukturlar qəzalı vəziyyətə düşüb. Xidmətlə əlaqəli bütün prosedurlar qurum tərəfindən təcili icra olunub, müvafiq qurumlara rəsmi müraciətlər də ünvanlanıb.

Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, fərdi yaşayış evlərinə keçirilən baxış zamanı məlum olub ki, evlərin ərazidəki kanalizasiya kollektorundan sızmanın baş verməsi nəticəsində qəzalı vəziyyətə düşdüyü müəyyən olunub və bununla bağlı müvafiq aktlar tərtib edilib. Həmçinin ərazidə zəruri təhlükəsizlik tədbirlərinin görülməsi, kanalizasiya kollektorunun bərpa edilərək istismar vəziyyətinə qaytarılması ilə bağlı təcili işlərin görülməsi üçün nazirlik tərəfindən aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory