Hadisə

Bakıda evdən qaçan 3 rəfiqənin kimliyi BİLİNDİ - FOTO

23 Mart 2025 17:31
Baxış: 1 629
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda martın 17-də evdən çıxan və bir daha geri qayıtmayan üç yeniyetmə qızın kimliyi məlum olub.

Milli.Az xəbər verir ki, bunlar Dadaşova Mədinə Kamil qızı, Hüseynzadə İnci Araz qızı və Xudaverdiyeva Ofeliyadır.

Rəfiqə olan qızlar naməlum istiqamətə gediblər.

Məsələ ilə bağlı polisə məlumat verilib.

Hazırda onların axtarışları davam edir. /Teleqraf

---------------

2025.03.22

Martın 17-də Bakıda yetkinlik yaşına çatmayan üç rəfiqə itkin düşüb.

Milli.Az bildirir ki, Teleqraf-ın xəbərinə görə, bu barədə onların valideynləri bildirib.

Valideynlərin sözlərinə görə, yetkinlik yaşına çatmayan qızların telefonlarına zəng çatır, lakin onlar zənglərə cavab vermirlər.

Sosial şəbək istifadəçiləri yazırlar ki, qızlardan birinin anası onlarla əlaqə saxlayıb və qızların Əli adlı bir gənc oğlanla birlikdə Abşeron rayonunun Xırdalan şəhərində bir evdə qaldıqları aydınlaşb. "Əlinin səs yazıları var. Bu gənc oğlan qızların Dubaya və rayonlara müştəriyə göndərilməsi barədə anaya səs atıb", - sosial şəbəkə hesabınlarında belə bir məlumat qeyd olunub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, itkin düşdüyü iddia olunan qızların valideynləri polisə müraciət edib.

DİN Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Teleqraf-ın sorğusuna cavab olaraq bildirib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadığı evi tərk edərək naməlum istiqamətə gedən şəxslərin itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

"Bundan əvvəl də bir neçə dəfə yaşayış yerini tərk edən şəxslərin yerinin müəyyən olunaraq tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür" - deyə Elbrus İbrahimov bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.