26 yaşlı Nahidə övladını maşında dünyaya gətiribmiş: "Qayınatası deyib ki, gəlinim deyil, düşmənimdir" - təfərrüat - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
08:56
Cəlilabad rayonunda doğuş edən qadının müəmmalı ölümü ilə bağlı mərhumun yaxınları Baku TV-yə danışıblar.
Qadının anasının sözlərinə görə, həkim doğuşdan sonra ananın da, uşağın da vəziyyətinin yaxşı olduğunu deyib:
"Səhər həkimin yanına apardım. Dedi ki, hələ uşaq olmayacaq. Evə gətirəndə qızımın ağrıları başladı. Təzədən xəstəxanaya apardım, yolda uşaq dünyaya gəldi. Həkim dedi ki, uşaq da sağlamdır, ana da. Gecə 12-də komaya düşüb, qayınatasına zəng ediblər. O, da deyib ki, gəlinim deyil, düşmənimdir".
Qeyd edək ki, Cəlilabadın Soyuqbulaq kənd sakini, 26 yaşlı Nahidə Abbasova uşaq dünyaya gətirdikdən sonra vəfat edib. Bu, qadının 4-cü hamiləliyi olub.
------------
19:31
Cəlilabad rayonunun Soyuqbulaq kənd sakini, 26 yaşlı Nahidə Babək qızı Abbasova dördüncü övladını dünyaya gətirdikdən sonra həyatını itirib.
Milli.Az Bizim.Media-ya istinadla xəbər verir ki, N.Abbasova martın 8-də hamiləliyinin yoxlanılması üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Lakin ona bir həftə sonra yenidən gəlməsi tövsiyə edilib. Yaxınları ilə evə qayıdarkən, yolda doğuş başlayıb və doğuş avtomobildə qeyri-peşəkar şəraitdə həyata keçirilib. Daha sonra o, təcili olaraq xəstəxanaya çatdırılıb.
Yaxınlarının dediyinə görə, N.Abbasova xəstəxanaya sağlam vəziyyətdə qəbul edilib.
Lakin axşam saatlarında vəziyyəti pisləşib və komaya düşüb. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində 12 gün qalan qadın, bütün tibbi müdaxilələrə baxmayaraq, vəfat edib.
Xəstəxananın Reanimasiya şöbəsinin həkimi Yusif Xankişiyev bildirib ki, xəstəxanaya gətirilən zaman N.Abbasovanın vəziyyəti kafi, huşu aydın olub. Lakin həmin günün sonunda xəstənin vəziyyəti pisləşib və Reanimasiya şöbəsinə yerləşdirilib.
TƏBİB-in açıqlamasına görə, zahı qadının uşaqlıq yolunun müayinəsində iki ədəd kapsullaşmış kista aşkar edilib. Bütün reanimasiya tədbirlərinə baxmayaraq, 20 mart 2025-ci il tarixində saat 17:30-da beyin ölümü qeydə alınıb.
Vəfat edən Nahidə Abbasova Soyuqbulaq kənd məzarlığında dəfn edilib. Onun dünyaya gətirdiyi uşaq isə hazırda ana valideynlərinin nəzarətində və himayəsindədir.
Baş vermiş ölüm faktı əsasında araşdırmalar davam etdirilir.
---------------
2025.03.20
Cəlilabadda ana doğuşdan sonra ölüb.
Milli.Az xəbər verir ki, Cəlilabad rayonunun Soyuqbulaq kəndində ev şəraitində doğuş edən qadın dünyasını dəyişib.
Kənd sakini Nahidə Abasovanın səhhətində doğuşdan sonra problemlər yaranıb.
N.Abasova dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və bir həftə reanimasiya şöbəsində müalicə alıb.
Tibbi müdaxilələrə baxmayaraq qadın dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. (APA)
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama





