Hadisə

Ağır QƏZA: Bir ailənin 4 üzvü... - FOTO

20 Mart 2025 14:20
Baxış: 845
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ordubad rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib, bir ailənin 4 üzvü xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Dəstə kəndi ərazisində qeydə alınıb.

Belə ki, 69 BF 289 dövlət nömrə nişanlı "Hunday" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Hadisə zamanı Ordubad rayon Qoşadizə kənd sakinləri 1989-cu il təvəllüdlü Tural Bəşir oğlu Tağıyev, həyat yoldaşı Əsmər Baxışəli qızı Tağıyeva, övladları 2016-cı il təvəllüdlü Vüqar Tural oğlu Tağıyev və Səma Tural qızı Tağıyeva xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.