Hadisə

“Neft Daşları”nda kran dənizə düşdü - Ölən var

18 Mart 2025 21:31
Baxış: 968
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Neft Daşları"nda kran tarazlığını itirərək dənizə düşüb.

Milli.Az xəbər verir ki, bu barədə "Report"a SOCAR-ın "Azneft" İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, bu gün saat 16:25 radələrində "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və qazçıxarma idarəsinin 4 saylı Neft və qazçıxarma sahəsində "Neftqaztikinti" Trestinin 4 saylı Tikinti quraşdırma bölümü tərəfindən aparılan təmir işləri zamanı "Libher Gravleer" markalı tırtıllı kran tarazlığını itirərək dənizə düşüb.

Hadisə nəticəsində kranın maşinisti Tağıyev Zahid Ramazan oğlu həyatını itirib.

Mərhumun nəşi saat 18:10 radələrində tibbi təyinatlı helikopterlə sahilə çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.