Hadisə

Bacıoğlu dayısının mağazasını yandırdı - FOTO

18 Mart 2025 07:47
Baxış: 880
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ucarda bacıoğlu dayısının mağazasını yandırıb.

Milli.Az-ın xəbərinə görə, hadisə rayonun Alpout kəndində baş verib.

Belə ki, kənd sakini,1965- ci il təvəllüdlü Musa Qalib oğlu Əhmədova məxsus, ümumi sahəsi 500 kvadratmetr olan ərzaq mağazasında güclü yanğın baş verib. Hadisə zamanı tikilinin 440 kvadratmetri əşyaları ilə birlikdə yanıb. Mağazanın sahibinin sözlərinə görə, bir neçə firmaya məxsus 17 soyuducu və ərzaq məhsulları yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə FHN- nın Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində mağazanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

M. Əhmədovun bacısı oğlu, 1978- ci il təvəllüdlü İlham Abbas oğlu Həsənov mağazanı qəsdən yandırdığını etiraf edib. O, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Fakt araşdırılır. /APA

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.