Hadisə

Bakıda daha bir nəfər spirtdən ÖLDÜ

14 Mart 2025 17:04
Baxış: 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda daha bir nəfər metil spirtindən zəhərlənərək ölüb.

Milli.Az bildirir ki,  Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

64 yaşlı F. Həsənov spirtli içkidən zəhərlənib. O, yerləşdiyi toksikologiya şöbəsində dünyasını dəyişib. İlkin ehtimala görə, mərhum metil spirtindən zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bundan əvvəl Bakıda 20-dən çox adamın metil spirtindən zəhərlənərək ölməsi barədə xəbər vermişdik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.