Hadisə

Zəncəfillə qatıq 38 yaşlı kişinin ölümünə səbəb oldu

6 Mart 2025 12:47
Baxış: 1 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arıqlamaq məqsədilə təbabət üsulundan istifadə edən Siyəzən sakini qəfil vəfat edib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayon sakini olan Seymur Səmədov səhhətində yaranan problem səbəbindən həyatını itirib.

Yaxınları bildirib ki, 1987-ci il təvəllüdlü Seymur arıqlamaq məqsədilə 1 ay imiş zəncəfilli qatıq yeyirmiş. Onun son həftələrdə 36 kq çəki itirdiyi bildirilir. 

İlkin məlumata görə, bu onun səhhətində problem yaradıb və qəfil ölümünə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.