Hadisə

Təcili tibbi yardım atvomobili minik avtomobili ilə toqquşub - xəsarət alan var

27 Fevral 2025 21:49
Baxış: 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA -nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Əhməd Cəmil küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 21015" markalı minik avtomobili "Fiat Doblo" markalı təcili tibbi yardım avtomobili ilə toqquşub.

Qəza nəticəsində 1996-cı il təvəllüdlü E. İsmayılov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzaya uğrayan "Fiat Doblo" markalı təcili tibbi yardım avtomobili Gəncə şəhərinin 103 xidmətinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.